Çin hökuməti ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus "USS John C. Stennis" təyyarə gəmisi başda olmaqla gəmilər qrupunun Honkonq limanına daxil olmasına razılıq verməyib.
"Reuters" xəbər verir ki, bu barədə Amerika Dövlət Departamentinin nümayəndəsi məlumat verib.
"Biz bu yaxınlarda "USS John C. Stennis" təyyarə gəmisi və onu müşayiət edən gəmilər qrupunun Honkonq limanına daxil olmasına dair sorğumuzun rədd edildiyinə dair məlumat almışıq", — deyə məlumatda bildirilir.
Qeyd olunur ki, ABŞ Dövlət Departamenti Amerika və Çin dəniz xidmətləri arasında əməkdaşlığın davam etdiriləcəyini planlaşdırır. Çünki əvvəllər ABŞ gəmiləri kifayət qədər uzun müddət Honkonq limanında qalıb.
"Report"