"Qəbələ" klubu futbolçusu Murad Musayevlə mövsümün sonunda müddəti başa çatan müqaviləni yeniləməyib.
"Unikal" xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
"Qəbələ" Futbol Akademiyasının yetirməsi olan 31 yaşlı müdafiəçi 2012/2013 mövsümündə Azərbaycan Premyer Liqasında debüt edib. O, komandanın heyətində ölkə çempionatı və kubokunda keçirdiyi 173 oyunda 4 qol vurub.
Murad Musayev "Qəbələ"də 2023-cü ildə Azərbaycan Kubokunun qalibi olub















.jpeg)




































