Forumdan əvvəl Niyazi Bayramov Azərbaycan Respublikasının Gürcüstandakı fövqəladə və səlahiyyətli səfiri Faiq Quliyevlə və ölkəni forumda təmsil edən digər rəsmilərlə birgə Tbilisidə yerləşən Heydər Əliyev adına parkda Ümummilli Liderin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb. Qeyd edək ki, forumun əsası 2007-ci ildə Tbilisi Yerli İqtisadi İnkişaf Forumu (LED Forum) kimi qoyulub.

"Unikal" xəbər verir ki, bu platforma şəhərlərin dayanıqlı inkişafına və tərəqqisinə yönəlmiş gələcəyinin qurulmasına xidmət edən müzakirələrin aparılması, təcrübə mübadiləsi və uzunmüddətli tərəfdaşlıqların formalaşdırılması baxımından mühüm əhəmiyyət daşıyır.

Hər il keçirilən forum yerli və beynəlxalq məruzəçiləri, müxtəlif sahələr üzrə ekspertləri, bələdiyyə nümayəndələrini və akademik dairələrin təmsilçilərini bir araya gətirərək, dayanıqlı inkişaf sahəsində aktual məsələlərin müzakirəsi üçün geniş imkanlar yaradır.