Başa çatan mövsümdə futbol üzrə Azərbaycan Premyer Liqasını tərk edən “Karvan-Yevlax”da ayrılıq yaşanıb.

Klubdan "Unikal"a verilən məlumata görə, bölgə təmsilçisi Kayl Spenslə vidalaşıb. İngiltərəli yarımmüdafiəçi ilə başa çatan müqavilənin müddəti uzadılmayıb.

Kayl Spens geridə qalan mövsümdə Yevlax klubunun heyətində 34 oyun keçirib, 3 qol və 6 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, “Karvan-Yevlax” növbəti mövsümdə Azərbaycan I Liqasında mübarizə aparacaq.