Goranboy sakini bıçaq xəsarəti alıb. Unikal.org-un APA-ya istinadən verdiyi məlumata görə, rayonun Nizami kənd sakini 1980-ci il təvəllüdlü Əsgərov Aftandil Hədi oğlu qarın nahiyəsinin kəsilmiş-deşilmiş yarası xəsarəti ilə xəstəxanaya yerləşdirilib. O dərhal əməliyyat olunub, vəziyyətinin orta ağır olduğu bildirilir.
A. Əsgərov yıxılaraq qarnına bıçaq batdığını deyib.
Faktla bağlı araşdırma aparılır.