Dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində "Gilavar Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyadzadə Namin Nizami oğlunun itkin düşmələri ilə bağlı cinayət işi açılıb.
Unikal.org xəbər verir ki, bu barədə oxu.az-a axtarış tədbirlərində iştirak edən mənbə məlumat verib.
Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib ki, məsələ ilə bağlı rəsmi məlumat veriləcək.