2010-cu ildə dünyanın ən tüklü insanı olaraq "Guinness Rekorlar Kitabına düşən Supatra Susuphan adlı qızı indi görənlər tanımaqda çətinlik çəkirlər.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 17 yaşı olan Supatra uşaqlıqdan Hipertrixoz (Bu xəstəlik üzdə uzun və qara tüklərin çıxması ilə müşahidə olunur. Xəstəlik insanı canavara bənzətdiyi üçün, bu xəstəliyə canavar sindromu da deyirlər) xəstəliyindən əziyyət çəkib.
Lakin 7 il əvvəl lazer müalicəsinə başlayan Supatranın tükləri tədricən tökülməyə başlayıb. Həyatında sevdiyi şəxs peyda olduqdan sonra isə gənc qız tez-tez lazerə gedərək artıq tüklərin hamısını yox edə bilib.
Susuphan əvvəllər görünüşündən utandığını, hazırda isə tüklərdən qurtula bildiyi üçün xoşbəxt olduğunu bildirib.
Qeyd edək ki, Hipertrixoz - dünyada nadir rast gəlinən xəstəlikdir. Hazırda dünyada 50 nəfər bu xəstəlikdən əziyyət çəkir.