CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 70,54 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,65 dollar/barel çoxdur. 

Unikal.org xəbər verir ki, bu barədə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

CIF bazisində "Azeri Lightın qiyməti sonuncu dəfə 2014-cü il dekabrın 4-də 70 dolları keçmişdi.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti yanvarın 4-də 69,92 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti yanvarın 4-də 67,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,59 dollar/barel çoxdur.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə yanvarın 4-də 68,72 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,65 dollar/barel çoxdur.(trend)