Aparıcı Zaur kamal verilişində  qonaq olan müğənni Kərim Abbasovu ələ salıb. Unikal.org bildirir ki,  "5/5" verilişinin qonağı olan müğənni "Bu sevda" mahnısını canlı oxuyub. Deyəsəən Kərimin bu ifası aparıcı Zaur Kamalın xoşuna gəlməyib və onu məzəmmət edib:

Aparıcı müğnniyə qarşı "Niyə zarıyırdın ay Kərim? Yeganə də deyir bu xəstədir, buna nə olub? Zarımaq lazımdır? Bunu bir saat əvvəldən məşq edib gəlib oxuyardın" ifadələrini işlədib.

Kərim Zaura cavabı gecikməyib:

"Sevdadan oxuyuram. Gülə-gülə oxuyum? Hər bir musiqini oxuyanda yaşamalısan. Çox gözəl alındı. Yaxşı tərəfdən bax, niyə hər şeyə pis tərəfdən baxırsan? Səni qınamıram, sən Zaursan".