"WhatsApp" mesajlaşma şəbəkəsində yenilik gözlənilir. Bu barədə şəbəkənin aid olduğu "Facebook" şirkətindən açıqlama verilib.
Unikal.org Sputnik Azərbaycan-a istinadən bildirir ki, "Facebook" şirkəti ""Hekayələr" özəlliyini "İnstagram"dan sonra "WhatsApp" və "Messenger"-də də tətbiq etməyə hazırlaşır.
Məlumata görə, hazırda bu funksiya "WhatsApp"da sınaqdan keçirilir.
Həmin funksiya sayəsində "Instagram"da paylaşılmış hekayələri birbaşa "WhatsApp" statusunda yerləşdirmək mümkün olacaq.
Yüklənmiş fotoda "Hekayələr" bölməsinin aşağı sol hissəsində yeni özəllik qeyd olunub. Beləliklə istifadəçilər "Instagram"da hekayə yaradandan sonra onu "Facebook", "Messenger" və "WhatsApp"da da paylaşa biləcəklər.