Qəzza zolağının mərkəzində yerləşən Nusayrat qaçqın düşərgəsi yaxınlığında baş verən faciədə 20 nəfər həlak olub, onlarla insan isə yaralanıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, hadisə yardım daşıyan yük maşınının izdihamın üzərinə aşması nəticəsində baş verib.  

Məlumata görə, qəza gecə yarısı, yüzlərlə insanın humanitar yardım gözlədiyi zaman olub.