Məşhur “Fortune” jurnalı tərəfindən hər il yayımlanan və iş dünyasında böyük maraqla qarşılanan “Dünyanın ən güclü 100 iş adamı” siyahısının builki buraxılışında texnologiya sektorundakı liderlər üstünlük təşkil edib. Bu dəfə birinci yeri nə İlon Mask, nə də Mark Zukerberq tutub.
"Unikal" xəbər verir ki, siyahının birinci pilləsinə bu il süni intellekt sahəsindəki sürətli yüksəlişi ilə diqqət çəkən "Nvidia" şirkətinin CEO-su Jensen Huang daxil olub. O, yalnız şirkətinin uğurları ilə deyil, eyni zamanda texnologiya sahəsindəki qlobal təsiri ilə də bu yerə layiq görülüb.
"Tesla", "SpaceX" və "X" platformasının sahibi olan İlon Mask, ötən ilin birincisi olsa da, bu il dördüncü sıraya geriləyib. Onun bu enişi, idarə etdiyi şirkətlərin gücünə baxmayaraq, qlobal strateji baxış və liderlik algısındakı dəyişikliklərlə əlaqələndirilir.
“Fortune” jurnalının qiymətləndirməsində yalnız maliyyə göstəriciləri deyil, həmçinin şirkətin innovasiya potensialı, strateji baxışı və rəhbərin qlobal təsir gücü əsas meyarlar olub.
İlk onluqda yer alan siyahısı:
1. Jensen Huang (Nvidia)
2. Satya Nadella (Microsoft)
3. Mark Zuckerberg (Meta)
4. Elon Musk (Tesla, SpaceX, X)
5. Wang Chuanfu (BYD)
6. Sundar Pichai (Alphabet)
7. Ren Zhengfei (Huawei)
8. Sam Altman (OpenAI)
9. Jamie Dimon (JPMorgan Chase)
10. Mary Barra (General Motors)