Xəbər verdiyimiz kimi, yanvarın 5-də "Hababam sinfi" filmlərində Mahmud hoca rolunu oynayıb və Azərbaycanda da tamaşaçı rəğbətini qazan Türkiyənin məşhur aktyoru Munir Özkul uzun sürən xəstəlikdən sonra 93 yaşında dünyasını dəyişib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, mərhum aktyor Teşvikiye məscidinə gətirilib, namaz qılındıqdan sonra Zincirlikuyu məzarlığında torpağa tapşırılacaq.
Hazırda cənazə mərasiminə minlərlə insan qatılıb.