Bakıda qəribə oğurluq hadisəsi baş verib. 

Unikal.org lent.az-a istinadən xəbər verir ki, General Şıxlınski küçəsi 42 ünvanındakı binada yaşayan 34 yaşlı Badam Veyisova (ad şərtidir) polisə müraciət edərək bildirib ki, həyat yoldaşı onun cehizlik əşyalarını oğurlayıb.

Qadının sözlərinə görə, həmin evdə kirayə yaşayırlar və əri evə gətirdiyi bəzi əşyaları oğurlayaraq satıb.

Müraciət əsasında araşdırma aparılır.