Xəbər verdiyimiz kimi, yanvarın 5-də "Hababam sinfi" filmlərində Mahmud hoca rolunu oynayıb və Azərbaycanda da tamaşaçı rəğbətini qazan Türkiyənin məşhur aktyoru Munir Özkul uzun sürən xəstəlikdən sonra 93 yaşında dünyasını dəyişib.
Unikal.org xəbər verir ki, hazırda Munir Özkulun cənazə mərasiminə Türkiyənin Baş naziri Binəli Yıldırım və digər hökumət nümayəndələri, tanınmış şəxslər, sənətçinin ailəsi, dostları da qatılıblar.