1990-cı illərin məşhur seriallarından olan "Qara mirvari"nin baş qəhrəmanı, argentinalı aktrisa Andrea Del Bokanın illər sonra yeni fotoları yayılıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, hazırda 52 yaşı olan aktrisa filmə çəkilərkən 32 yaşında olub.
Andrea heç vaxt ailə qurmasa da, 2000-ci ildə münasibətdə olduğu iş adamı Rikardo Biasottidən qız övladı dünyaya gətirib. Daha sonra ondan ayrılan Bokanın adı Argentinanın baş naziri Hannibal Fernandeslə hallanıb.
Andrea "Qara mirvari"dən başqa, "Selesta","Antonella", "Çıqanka" kimi ekran işlərində də oynayıb.