Bakı-Böyük Kəsik dəmir yolu xəttinin əsaslı təmiri çərçivəsində Şəmkir-Alabaşlı mənzilində 8,6 km-lik yolun təmirinə start verilib.

Unikal.org "Azərbaycan Dəmir Yolları QSC-yə (ADY) istinadən xəbər verir ki, 5 gün davam edəcək təmir işlərini 11 saylı "İxtisaslaşdırılmış Dəmir Yolu Müəssisəsi MMC-nin kollektivi həyata keçirir.

Xatırladaq ki, 14 aprel 2015-ci il tarixində "Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə ADY ilə Çexiyanın "MORAVİA STEEL şirkəti arasında "Dəmir yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri barədə ixrac müqaviləsinə əlavə saziş imzalanıb. Yeni layihənin icrasına 2015-ci ilin oktyabr ayının sonlarında başlanılıb və bu günədək 430 km dəmir yolu əsaslı təmir olunub.