Əməkdar artist Abbas Bağırov müğənnilərin ünvanına tənqidi fikirlər səsləndirib.

Unikal.org-un məlumatına görə, sənətçi ARB TV-nin "Kimi tapdın sən? adlı verilişində bəzilərini qeyri-peşəkar ifaçı adlandırıb:

"Mən ümumiyyətlə bu mövzuda danışmaq istəmirəm. Çünki səsi olmayanlar o zaman daha da sevinirlər ki, səsim yoxdur, pulum var. Gedim oxuyum da. İş yoxdur deyirlər. "O iş yoxdur deyənlər"dən heç xoşum gəlmir.Santexniksənsə, incəsənətdə nə işin var? Get santexnikanla məşğul ol.