Müğənni Sıla 2017-ci ildə verdiyi konsertlərdən qazandığı pulları daşınmaz əmlaka yatırıb.
Unikal.org bildirir ki, "İlin ən çox bileti satılan müğənnisi" titulunu alan Sıla yaşayış komplekslərindən birində villa alıb. 4 otaq, 2 zaldan ibarət malikanənin qiyməti 1 milyon 500 lirədir (təxminən 750 min manat).
Sıla işdən sonra dincəlmək üçün meşənin ortasında yerləşən villasına yollanır.