Türkiyənin tanınmış müğənnisi Davud Güloğlu övladı üzündən evini itirib. Belə ki, ooğlunun borcları üzündən evi əlindən alınıb.
Unikal.org Türkiyə mediasına istinadən xəbər verir ki, ifaçı məhkəmənin qərarı ilə evindən çıxarılıb. Cengizhan Güloğlu 66 min lirəlik borc etdiyindən Davudun evindəki əşyalar müsadirə edilib.
Lakin müğənninin yaşadığı evin kirayə müqaviləsi oğlunun adına olduğundan borc qarşılığında mənzilini də itirib. Ev sahibi kirayəsi vaxtında ödənilmədiyindən məhkəməyə baş vurmuş və Davud oğlu, sevgilisi ilə birlikdə yaşadığı evi məhkəmə qərarı ilə tərk etməli olub.