Abşeron rayonunda ahıl qadın bıçaqlanaraq qətlə yetirilib.
Unikal.org report-a istinadən xəbər verir ki, hadisə rayonun Saray qəsəbəsində baş verib.
Belə ki, 1951-ci il təvəllüdlü Seyidzadə Hocaxanım Məhəmməd qızı naməlum şəxs tərəfindən yaşadığı evdə bədən nahiyələrinə çoxsayılı bıçaq zərbələri vurularaq qətlə yetirilib.
Faktla bağlı cinayət işi başlanıb.