Bakı Ağır Cinayətlər Məhkəməsində qadını zorlayıb sonra öldürməkdə təqsirləndirilən 29 yaşlı Fəttah Nuriyevin məhkəməsi başlayıb.

Unikal.org "Qafqazinfoya istinadən xəbər verir ki, hakim Eldar Mikayılovun icraatında olan prosesdə hazırlıq iclası keçirilib.

Təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Cinayət işi məhkəmə baxışına qəbul edilib. Prosesin qapalı keçirilməsinə qərar verilib.

Hadisə 2017-ci il avqustun 7-də Sumqayıt şəhərindı baş verib. 1988-ci il təvəllüdlü Fəttah Nuriyev 1982-ci il təvəllüdlü, 2 uşaq anası olan Sevda Bayramova ilə küçələrdən birinin dalanında zorla cinsi əlaqədə olub. Zorlama zamanı S.Bayramova qışqırıb. Onun səsinin başqaları tərəfindən eşidilməməsi üçün F.Nuriyev qadının ağız və burnunu əli ilə tutub. Bu zaman qadın boğularaq ölüb və meyitini orada qoyaraq qaçıb.

F.Nuriyev də ailəlidir və 1 övladı var. O, Sumqayıtda 10 saylı məktəbdə idmanla bağlı məşqlər edirmiş.