SOCAR-ın "Azəriqaz İstehsalat Birliyi Müdafiə Nazirliyini (MN) məhkəməyə verib.

Unikal.org apa-ya istinadən xəbər verir ki, "Azəriqaz" istifadə olunmuş təbii qazın dəyərinin MN tərəfindən ödənilməsi iddiası ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edib.

İddia üzrə növbəti məhkəmə prosesi Miminat Hacıbəyovanın sədrliyi ilə bu il fevralın 6-da keçiriləcək.