Bəşər Əsəd rejiminin Suriyanın İdlib şəhərini bombalaması Türkiyənin Rusiya və İran arasında gərginliyinə səbəb olub.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Suriyanın İdlib şəhərinə Əsəd rejimi tərəfindən edilən hava hücumları sonrası Türkiyə, İran və Rusiya səfirlərini Xarici işlər Nazirliyinə çağırıb.
Məsələ ilə bağlı Türkiyənin Xarici İşlər Naziri Mövlut Çavuşoğlu Anadolu Agentliyinin suallarını cavablandırıb. Nazir bildirib ki, Rusiya və İran, Əsəd rejiminə dəstəyi dayandırmalıdır:
"Terror qruplarının təmizləməsi adı ilə Əsəd rejimi bütün şəhəri bombalayır. Belə şey ola bilməz! Amma rejim bunu edir. Rejimin təminatçısı Rusiya və İrandır. Biz də Moskvada danışıqlara başlayan müddətdə müxalifətin təminatçısı olduq. İran və Rusiya məsuliyyəti yerinə yetirib rejimi susdurmalıdır. Bu İdlibə edilən yalnız bir hava hücumu deyil. Rejim içəriyə doğru irəliləyir. Ona görə, iki ölkənin - (Rusiyanın Türkiyədəki yeni səfiri Aleksey Yerxov və İran səfiri Muhammed İbrahim Taherian Fard) biz səfirlərini çağırdıq və onlara xəbərdarlıq etdik "- deyə o əlavə edib.
Xatırladaq ki, Türkiyə ordusu 2017-ci ilin oktyabrın 12-də yerli vaxtla saat 22 radələrində Suriyanın İdlib şəhərin Türkiyə, Rusiya və İran arasında atəşkəs bölgələrində asayişin təmin olunması ilə bağlı razılaşmaya əsasən həyata keçirilib. Əməliyyatda 30 zirehli texnika və 100-dən artıq hərbçi iştirak edib. Hatay vilayətinin Reyhanlı rayonundan Suriya ərazində daxil olan Türkiyə ordusu qüvvələri əd-Dana şəhərinə, oradan da İdlibə keçib.