Qazaxıstan Futbol Federasiyasının prezidenti Seilda Bayşakov istefa verib.
Unikal.org-un Qazaxıstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, qurumun İcraiyyə Komitəsinin iclasında Bayşakov öz istəyi ilə postundan getdiyini açıqlayıb.
Məsələyə fevralın 10-da KFF-in növbədənkənar konfransında baxılacaq.
İcraiyyə Komitəsinin iclasında, həmçinin Kanış Aubakirov ailə vəziyyəti ilə əlaqədar I vitse-prezident və baş katib vəzifəsindən istefası olunub. Onun yerinə Aytxojin Azamat təyin olunub. Bununla əlaqədar Azamat vitse-prezident vəzifəsindən azad olunub.
Qeyd edək ki, daha əvvəl Aleksandr Borodyuk Qazaxıstan millisinin baş məşqçisi vəzifəsindən istefa verib.