Həbsdən çıxdıqdan sonra İstanbula köçüb, orada yaşayan "Lotu Quli ləqəbli azərbaycanlı qanuni oğru Nadir Səlifova sui-qəsd təşkil edilməsi ilə bağlı yeni detallar ortaya çıxıb.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, İstanbulda mərhum qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Namiq Canıyevin sifarişi ilə Loqu Quliyə sui-qəsd hazırlandığı və bu işə görə onlarla mafiya üzvünün həbs edilməsinin ardından maraqlı olay baş verib.
Rusiya mətbuat iddia edir ki, Quliyə qarşı sui-qəsd planının hazırlanması işinə görə Türkiyənin ən məşhur mafiya başçısı Sədat Pəkər ondan üzrxahlıq edib.
Bildirilir ki, Namiq Canıyevin sui-qəsdi sifariş verməsi üçün İstanbulda görüşdüyü və onunla birlikdə həbs edilən "Şirinlər mafiya qruplaşmasının üzvləri ölüm sifarişini aldıqları şəxsin Lotu Quli olduğunu bilməyiblər. Onlar ölüm işinə görə vəd olunan yüksək məbləğə şirnikib, bu addımı atıblar.
Bunu Nadir Səlifova şəxsən mafiya başçısı Sədat Pəkərin çatdırdığı və üzrxahlıq ifadə etdiyi iddia edilir. O, Lotu Quliyə çatdırıb ki, İstanbulda "Şirinlər dəstəsinin üzvlərinin adının belə bir işə qarışmasından məyusdur.
Qeyd edək ki, bu sui-qəsd işinə görə həbs edilən Namiq Canıyev və avtoritet Hacı Beyləqanski ötən həftə azadlığa buraxılmış və İstanbulda polis nəzarətinə verilmişdi.
Rusiya mətbuat hadisənin bu tərəfi ilə bağlı yazır ki, əslində adıçəkilən şəxslər belə asanlıqla həbsdən çıxmaya da bilərmiş. Lakin Qulinin onlarla bağlı planları hər iki şəxsin azadlığını asanlaşdırıb. Media yazır ki, Lotu Quli onu ortadan götürməyi planlayan N.Canıyev və Beyləqanskini həbsdə öldürmək istəməyib. O, bu işi həbsxanada kiməsə gördürməyi yox, azadlıqda şəxsən özü etməyi üstün tutub. Bu səbəbdən də onlar azadlığa buraxılıb.
Bu iddialara inansaq, deyə bilərik ki, mərhum Canıyevin yaxınlar ilə Lotu Qulinin savaşı hələ indi başlayır və bu məsələ iki tərəfdən biri tamamilə məhv olana qədər davam edəcək.
Xatırladaq ki, noyabrın 2-də Türkiyənin hüquq-mühafizə orqanları Lotu Quliyə qarşı qarşı sui-qəsd hazırlanması barədə operativ məlumat alıblar.
Türkiyəyə N.Səlifovun İstanbuldakı evinə hücum təşkil etmək niyyətində olan 11 nəfərdən ibarət quldur qrupu gəlib.
Həyata keçirilmiş operativ-axtarış tədbirləri nəticəsində bütün qrup İstanbulun Bakırköy rayonunda yerləşən "Ömür AVM ticarət mərkəzində saxlanılıb.
Dəstəyə öldürülən "qanuni oğru Rövşən Lənkəranskinin qardaşı Canıyev Namiq Rafiq oğlu başçılıq edib.
Qrupa Hacı Beyləqanski, Orxan İsmayılov, Camal Tofiq oğlu Həsənov, habelə Şirinlər krminal qruplaşmasının üzvləri Əbdürrəhman Çolak, Orhan Engin, Hacı Ömər Ertekin, Emre Debreli, Kənan Savcı, Necat Bingöl, Berkay Denizci, Mehmet Sabri Şirin daxil olublar.