Millət vəkili Nəsib Məhəmməliyev prezident İlham Əliyevin 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti ili" elan etməsinə münasibət bildirib.
O, Unikal.org-a açıqlamasında qeyd edib ki, ölkə başçısının 2018-ci ili Azərbaycan Xalq Cümhuriyyəti ili elan etməsi tarixi qərardır və buna əsasən bu il Cümhuriyyətimizin 100-cü ildönümü qeyd ediləcək.
Deputat hesab edir ki, xalqımızın ən fəxr etməli olan əlamətdar günlərindən biri məhz 1918-ci il Cumhuriyyətin qurulmasıdır:
"Cənab Prezidentin də qeyd etdiyi kimi, müstəqil Azərbaycan, Azərbaycan Xalq Cümhuriyyətinin varisidir. Varisi olduğumuz Xalq Cümhuriyyəti müsəlman aləminə, hətta Avropaya böyük nümunə idi. Avropanın aparıcı ölkələrində hələ o zaman qadınların səs vermək hüququ olmazkən, bu hüquq Xalq Cümhuriyyətində qanunla təsbit edildi. Bu Azərbayca xalqının dövlətçilik qurma qabiliyyətini, dünya siyasətinə, dünya ictimai -siyasi həyatına çox böyük töhvədir. Eyni zamanda Şərq xalqları üçün böyük örnəkdir. Bununla bağlı cənab prezident artıq öz fikirlərini bildirib, müəyyən tədbirlər hazırlanıb. Xüsusi sərəncam verilib. Buna uyğun olaraq tədbirlər görüləcək. Mənim məlumatıma görə xalq Cumhuriyyətinin qurucuları ilə bağlı beynəlxalq konfrans keçirilməlidir. Xüsusi materialların, kitabların çap olunması işləri görülür. Eyni zamanda Cumhuriyyətin yaranması səbəbləri və zəruriyyəti ilə bağlı bir çox xarici ölkələrin KİV-lərində materiallar hazırlanır. Hesab edirəm ki, bu Azərbaycanın da eyni zamanda təbliği deməkdir. Əlavə olaraq bildirim ki, Bakı şəhərində, bütün rayonlarda, məntəqələrdə bu bayram şəkilində qeyd ediləcək.
Deputat müxalifəti bu məsələdə Azərbaycan dövləti ilə birlikdə olmağa çağırıb:
"Belə tədbirlərdə, belə zamanda ancaq dövlətin yanında olmalıdırlar. Burada ikili münasibət ola bilməz. Bu iqtidar- müxalifət məsələləri deyil. Dövlətçiliklə, xalqın tarixi ilə bağlıdır. Xalqın qan yaddaşı ilə bağlı olan məsələdir. Burada müxalifət iqtidar məsələləri ümumiyyətlə ola bilməz.