Bakı metrosunda özünü qatarın altına atan 1971-ci il təvəllüdlü məcburi köçkün Cəlilov Cəmil xəstəxanada dünyasını dəyişib.
09:57
Bakı metrosunda intihara cəhd olub.
Unikal.org-un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, bu gün səhər saat 09:10-radələrində metronun "Qara Qarayev stansiyasında orta yaşlı kişi özünü qatarın altına atmağa cəhd edib. Qatar kişini vuraraq platformaya atıb. Hadisə yerinə Bakı şəhər Təcili Tibbi Yardım Stansiyasının həkimləri çağrılıb və o, ağır xəsarətlərlə xəstəxanaya aparılıb.
Məsələ ilə bağlı "Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Unikal.org-a bildirib ki, hadisə "Həzi Aslanov "Dərnəgül istiqamətində hərəkət edən 28 saylı qatarda baş verib:
"Təxminən saat 09:18 radələrində ahıl kişi metronun "Qara Qarayev stansiyasında özünü qatarın altına atmağa cəhd edib. Kişi qatarın altına düşməsə də, qatarın təzyiqindən platformaya yıxılıb. Olay nəticəsində qatarların hərəkətində kiçik fasilə yaranıb. Hələlik intihar etməyə cəhd edənin şəxsiyyəti məlum deyil. Onun üzərində heç bir sənəd olmayıb.