"Femen hərəkatının yarıçılpaq fəalı Praqadakı seçki məntəqəsində Çexiya prezidenti Miloş Zemana hücum edib.

Unikal.org xəbərinə görə, Zeman məntəqəyə gələndə yarıçılpaq qadın ona hücum edərək səs verməsinə mane olmağa cəhd göstərib.

Hücum edəni prezident mühafizəçiləri saxlayıb və onu məntəqədən uzaqlaşdırıblar.