Rusiyanın Perm şəhərində maskalı şəxslər 127 saylı məktəbə hücum edib.
Unikal.org Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Perm Administrasiyasının informasiya siyasəti departamentinin rəhbəri Andrey Kamenski məlumat verib. O bildirib ki, hadisə nəticəsində 8 şagird və bir müəllim xəsarət alıb. İlkin məlumata əsasən hücum edənlərin sayı 2 nəfər olub.
Hadisənin təfərrüatları araşdırılır.