Beynəlxalq Bankla "Bank Standart" birləşir.
Bu barədə Mərkəzi Bankın rəsmisi Abdulla Kərim oğlu Məlik-Aslanov Unikal.org-a açıqlamasında bildirib. O qeyd edib ki, gələn həftə bankların birləşdirilməsi baş tutacaq.
Bank Standartda əmanətlərin qaytarılması ilə bağlı yaranan problemlər bundan sonra öz həllini tapacaq.
Qeyd edək ki, "Bank Standart"-ın Heydər Babayevə məxsus olduğu bildirilir.