Volqoqradın Krasnoarmeyski rayonunda atışma baş verib, nəticədə bir nəfər həlak olub, daha üç nəfər isə yaralanıb.
Rusiyanın hüquq-mühafizə orqanları Volqoqradın cənubunda silahlı hücumda iştirak etməkdə şübhəli bilinən üç nəfəri saxlayıb.
Unikal.org virtualorg.az istinadən xəbər vrir ki, bu barədə TASS bu gün regionun güc strukturlarındakı mənbəyə istinadən məlumat yayıb.
Bundan əvvəl yayılan xəbərə görə, cümə axşamı, Moskva vaxtı ilə axşam saat 19 radələrində Volqoqradın Krasnoarmeyski rayonunda yerləşən kafelərdən birinin yaxınlığında silahlı hücum (odlu və soyuq silahların tətbiq ilə) baş verib. Nəticədə bir nəfər həlak olub, üç nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Fakt üzrə cinayət işi açılıb.
"Əməliyyat-axtarış tədbirləri nəticəsində və şəhərdə həyata keçirilən "Perexvat planı nəticəsində şübhəlilərin minərək hadisə yerini tərk etdiyi "İnfiniti və "Lada Priora markalı avtomobillər aşkarlanaraq-saxlanılıb. Ümumilikdə üç şübhəli saxlanılıb - onlardan biri polis nəzarəti altında xəstəxanada müalicə alır, digər iki şübhəli müvəqqəti təcridxanaya yerləşdirilib, - deyə agentliyin müsahibi bildirib.
Bölgənin istintaq idarəsi, saxlanılan şübhəlilərlə bağlı rəsmi qaydada ətraflı məlumatların bir qədər sonra ictimaiyyətə çatdırılacağını bildirib.
Volqoqrad diyar administrasiyasının səhiyyə komitəsindən verilən xəbərə görə, insident nəticəsində xəsarət alanlar hələ də xəstəxanadan buraxılmayıb. Əvvəl hər üç zərərçəkənin ağır vəziyyətdə olduğu bildirilsə də, hazırda onlardan birinin vəziyyəti orta-kafi qiymətləndirilir.