Mingəçevir şəhərində yaşlı qadını öküz vurub.

Unikal.org report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Maqomayev prospektində baş verib.

Qəssabdan qaçan öküz yoldan keçən 1963-cü il təvəllüdlü şəhər sakini Hüseynova Təranə Yaqub qızına hücum edib və onu vuraraq yerə yıxıb. Başı asfalta çırpılan qadın ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Qadının bədən nahiyəsi ilə yanaşı kəllə-beyin travması aldığı məlum olub.