Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ dövlət katibi Con Kerri telefon danışıqları zamanı vurğulayıblar ki, Dağlıq Qarabağ münaqişəsinin tərəfləri arasında əmin-amanlığın bərpası üçün səyləri davam etdirmək lazımdır.
Unikal.org Trend-ə istinadən bildirir ki, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi brifinq zamanı bildirib.
O deyib: "Onlar həmçinin Dağlıq Qarabağı, orada yaranan münaqişəni və tərəflər arasında əmin-amanlığın daha yaxşı şəkildə bərpası üçün səyləri davam etdirməyin lazım olduğunu müzakirə ediblər".