Tovuz rayonunda zəncirvari avtomobil qəzası baş verib.

Unikal.org "Report"a istinadən xəbər verir ki,  hadisə rayonun Aşağı Quşçu kəndi ərazisində qeydə alınıb.

Belə ki, üç avtomobil toqquşub. Nəticədə 1992-ci il təvəllüdlü Mirzə Eyyubov və 1954-cü il təvəllüdlü Namaz Məcid oğlu Namazov müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki yaralının vəziyyəti orta-ağır olaraq qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.