Bakı şəhəri, Yasamal rayonunda beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində, pilləkən qəfəsində quraşdırılmış elektrik sayğacı və 5 p.m kabel yanıb.

Fövqəladə Hallar Nazirliyindən unikal.org-a verilən məlumata görə, yanğınsöndürənlər tərəfindən 13 bina sakini təhlükəsiz yerə təxliyə olunub, 1 nəfər xilas edilib.

Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.-‹