Göyçay rayonunda baş vermiş bıçaqlanma hadisəsinin təfərrüatı məlum olub.
Unikal.org Lent.az-a istinadən xəbər verir ki, rayonun Kürdəmiş kənd sakini 42 yaşlı Rəşad Həşimov həyat yoldaşı, 31 yaşlı Vüsalə Kərimovanı qısqanclıq zəminində bıçaqlayıb.
Bildirilir ki, cütlük arasındakı münasibətlər pozulandan sonra V.Kərimova boşanmaq üçün məhkəməyə müraciət edib. O, kənddən Göyçay şəhərindəki ata evinə qayıdıb. Bundan sonra onların münasibəti daha da kəskinləşib. Dünən isə R.Həşimov həyat yoldaşı ilə söhbət eləmək istədiyini bildirərək Göyçayın mərkəzindəki parkda onunla görüşüb. Bu zaman o, özü ilə gətirdiyi bıçaqla Vüsaləyə bir neçə zərbə endirib. Qadının öldüyünü düşünən 42 yaşlı kişi daha sonra özünü bıçaqlayıb.
Qeyd edək ki, hadisə xeyli insanın gözü qarşısında baş verib və hadisə şahidlərinin köməkliyi ilə hər iki şəxs xəstəxanaya çatdırılıb.
Faktl bağlı Cinayət Məcəlləsinin 29.120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə iş başlanılıb, araşdırma aparılır.