Bakının Suraxanı rayonunda 1 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki,  hadisə Hövsan qəsəbəsində baş verib.

8 yaşlı Xasməmmədov Rafiq yolu keçərkən onu minik avtomobili vurub. Yaralı təcili yardım vasitəsilə 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Faktla bağlı Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır.