Bakıda baş verən partlayışda xəsarət alan şəxsin adı məlum olub.

Unikal.org apa-ya istinadən məlumatına görə, yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilən həmin şəxs 1961-ci il təvəllüdlü Zahid Şükür oğlu Mahmudovdur. Onun vəziyyəti ağır qiymətləndirilir.

Xatırladaq ki, Bakıda yaşayış binasında partlayış olub. Hadisə bu gün səhər saatlarında paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi 237 ünvanında qeydə alınıb. Həmin ünvanda yerləşən yaşayış binasının birinci mərtəbəsində baş verib.