2018-ci ilin "Gənclər paytaxtı" Naxçıvan şəhəri elan edilib.

Unikal.org-un xəbərinə görə, bu 2 fevral - Gənclər günü ilə bağlı "Buta Palace" sarayında keçirilən tədbirdə elan edilib.

Naxçıvan şəhəri onlayn səsvermə yolu ilə "Gənclər paytaxtı" seçilib.

"Gənclər paytaxtı"nın simvolik açarı Naxçıvanın gənclər və idman naziri Azad Cabbarova təqdim olunub.

Qeyd edək ki, 2017-ci ilin "Gənclər paytaxtı" Balakən şəhəri elan edilmişdi.