Kəskin hava şəraiti ilə əlaqədar Moskva (Vnukovo hava limanı) - Bakı aviareysi yubanır.
Unikal.org xəbər verir ki, bu barədə trend-ə Heydər Əliyev Hava Limanından bildiriblər.
Təyyarə Bakıda 23:30-da eniş etməli idi: "Təyyarə gecikmə ilə yola düşüb və Bakıda 00:40-da enəcək".
Moskva aeroportlarında hava şəraiti ilə əlaqədar yerli vaxtla saat 22:00-a 200-dən çox aviareys təxirə salınıb. Həmçinin daha 17 aviareys ləğv olunub.