Çinin şimal-şərqindəki Tszilin əyalətində avtobusla yük maşını toqquşub.

Unikal.org-un məlumatına görə, hadisə nəticəsində 6 nəfər həlak olub, 14 nəfər xəsarət alıb.

Qeyd olunur ki, qəza yük maşınının yolun əks istiqamətinə çıxması nəticəsində baş verib.

Xəsarət alanlar xəstəxanaya yerləşdirilib. Onların vəziyyəti stabil olaraq qiymətləndirilir.