Türkiyə şokda: PKK millət vəkilini qaçırdı
11:13 14-08-2012
CƏMİYYƏT
Türkiyə şokda: PKK millət vəkilini qaçırdı
Türkiyənin anamüxalifətçi Cümhuriyyət Xalq Partiyasından olan millət vəkili Hüseyn Aygün bu gün axşam saatlarında PKK terrorçuları tərəfindən qaçırılıb. H. Aygün Tuncelinin Ovacık rayonundan çıxdığı zaman terrorçular tərəfindən qaçırılıb.
Onunla birlikdə köməkçisi və "Axşam" qəzetinin müxbiri də olub. Lakin millət vəkilini girov götürən terrorçular köməkçisini və müxbiri sərbəst buraxıblar.
Qeyd edək ki, H. Aygün Tuncelidən millət vəkili seçilib.
"Millət vəkilimiz Hüseyn Aygünün canına heç bir zərər gəlmədən dərhal sərbəst buraxılmasını istəyirik". Bunu Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) Dənizli millət vəkili İlhan Cihanər deyib.
Hadisədən qısa müddət sonra Ankaradan Elazığa, oradan da Tunceliyə gəldiklərini qeyd edən İlhan Cihanər bunun qəbul edilməyəcək hadisə olduğunu bildirib: "Türkiyənin daha çox sülhə, qardaşlıq atmosferinə, birlik və bərabərliyə ehtiyacı olduğu bir vaxtda baş vermiş bu hadisə ölkəmizi Orta Şərq bataqlığına sürükləmək, Türkiyədə xaos yaradaraq bundan öz məqsədləri üçün istifadə etmək istəyənlərin çörəyinə yağ sürtür. Ona görə də millət vəkilimizin bir an əvvəl sərbəst buraxılması və bu cür hadisələrin təkrarlanmaması lazımdır".
"Terror təşkilatı tərəfindən qaçırılan CHP Tunceli millət vəkilinin azad edilməsi ilə bağlı görülən işlərdə son durum nədir" sualına İ. Cihanər belə cavab verib: "Tunceli camaatı ayağa qalxıb, hadisəyə reaksiyalar həm burda, həm Türkiyədə, həm də dünyada hər an böyüyür. Millət vəkilimizin bir an əvvəl sərbəst buraxılmasını və PKK-nın bu tip əməllərə son qoymasını tələb edirik".
Murad İbrahimli
Digər Xəbərlər
2024-12-24 20:51:49
2024-12-24 19:06:34
2024-12-24 18:53:12
2024-12-24 18:36:30
2024-12-24 18:34:01
2024-12-24 18:14:35
2024-12-24 18:03:34
2024-12-24 17:57:44
2024-12-24 17:27:54
2024-12-24 17:14:30
2024-12-24 16:59:01
2024-12-24 16:51:21
2024-12-24 16:36:53
2024-12-24 16:34:30
2024-12-24 16:27:49
2024-12-24 16:16:33