Azərbaycan Prezidenti İlham Əliyev fevralın 23-də "Boeing Commmercial Airplanes şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org xəbər verir ki, dövlət başçısı Azərbaycan ilə "Boing şirkəti arasında uzun illər uğurlu əməkdaşlığın həyata keçirildiyini və bu şirkətin istehsal etdiyi 20-yə yaxın təyyarənin Azərbaycan mülki aviasiyası tərəfindən alındığını vurğulayıb.

Ölkəmizin hazırda çox müasir və keyfiyyətli hava donanmasına malik olduğunu qeyd edən Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Hava Yollarının çox yaxşı reputasiyası var. Dövlət başçısı Azərbaycanın artıq beynəlxalq nəqliyyat qovşağına çevrilməkdə olduğunu deyib. Prezident İlham Əliyev Azərbaycanda nəqliyyat və infrastruktur sahəsində böyük nailiyyətlərin əldə edildiyini bildirərək, son illər ölkəmizdə 6-sı beynəlxalq aeroport olmaqla 7 yeni aeroportun inşa edildiyini, ən müasir səviyyədə yükdaşıma və nəqliyyat təyyarələrin fəaliyyət göstərdiyini vurğulayıb. Eyni zamanda, Prezident İlham Əliyev Azərbaycanda bütün növ müasir gəmilər istehsal edən gəmiqayırma zavodu, müasir dəmir yolu infrastrukturu yaradıldığını və avtomobil yollarının inşa edildiyini deyib. Dövlət başçısı yüklərin hava nəqliyyatı vasitəsilə daşınmasına toxunaraq, Azərbaycanın təkcə regionda deyil, qlobal karqo trafikdə artıq mühüm rol oynadığını vurğulayıb. Prezident İlham Əliyev Azərbaycanın "Boing şirkəti ilə əməkdaşlığının bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib.

Qonaq Azərbaycanla, o cümlədən AZAL şirkəti ilə əməkdaşlıqdan böyük məmnunluq hissi duyduğunu deyib və ölkəmizlə çox güclü əməkdaşlığın həyata keçirildiyini vurğulayıb. O, "Boing şirkəti adından Azərbaycanın gələcək inkişafına böyük inamla yanaşdıqlarını bildirərək, əlaqələrimizin bundan sonra daha da genişlənəcəyinə əminliyi ifadə edib.

Görüşdə Azərbaycan-ABŞ ikitərəfli münasibətlərinin bir çox sahələri əhatə etdiyi bildirilib və əlaqələrimizin uğurla inkişaf etdiyi vurğulanıb.

10:15

Azərbaycan prezidenti İlham Əliyev fevralın 23-də "Boeing Commmercial Airplane şirkətinin prezidenti və baş icraçı direktoru Kevin Mak Alisterin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Unikal.org-un xəbərinə görə, bu barədə prezidentin mətbuat xidməti məlumata yayıb.