Niyə Ermənistan Çin və ya İsraildən silah almır? Niyə Ermənistan ordunu yalnız Rusiya Federasiyasından alınan silahlarla təmin edir? 
Unikal.org azvision.az-a istinadən bildirir ki, bu sualları parlamentdə keçirilən qapalı görüş zamanı erməni deputatlar müdafiə naziri Seyran Ohanyana ünvanlayıblar. 
"Qəzet yazır ki, Ohanyan bu suallara cavab olaraq deputatlara bildirib ki, Rusiya Ermənistana başqa ölkələrdən silah almağa imkan vermir. O, həmçinin əlavə edib ki, Ermənistan indiyə qədər Rusiyadan silah alıb və bunu davam etdirmək niyyətindədir", - deyə Aykakan Jamanak bildirib. 
Nazir Ohanyan Ermənistan-Azərbaycan təmas xəttində baş verənlərlə bağlı deputatları məlumatlandırıb.
Qeyd edək ki, mayın dördündə Ermənistan parlamentində müdafiə naziri Seyran Ohanyan və deputatların qapalı görüşü keçirilib. 
Görüşdə Ermənistan parlamentinin müdafiə, milli təhlükəsizik və daxili işlər üzrə komissiyasının rəhbəri Koryun Napetyan, "İrs" fraksiyasının deputatı Tevan Poqosyan, Ermənistan İnqilab Federasiyası Partiyası fraksiyasının rəhbəri Armen Rustamyan, Erməni Milli Konqresi fraksiyasının rəhbəri Levon Zurabyan, parlamentin vitse-spikeri Eduard Şarmazanov, Respublika partiyası fraksiyasının rəhbəri Baqram Baqdasaryan, bitərəf deputatlar Xaçatur Kokobelyan, Edmon Marukyan və digərləri iştirak ediblər.