"1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni silahlı dəstələrinin Rusiyanın 366-cı motoatıcı alayının zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərində törətdikləri qətlam XX əsrdə baş vermiş ən dəhşətli soyqırım və etnik təmizləmə hadisələrindən biridir. Erməni faşistləri və Rusiyanın 366-cı motoatıcı alayı Xocalı şəhərində törədilmiş vandalizmin əsas ginayətkarlarıdır. Xocalı soyqırımının günahkarları, təşkilatçıları və icraçıları, bu alçaq ana və uşaq qatilləri öz layiqli cəzalarına çatmalıdırlar. Təəssüf ki, bu cinayətdən 26 il keçməsinə başmayaraq bu hadisələrdə hər hansı şəkildə iştirakı olmuş şəxslər hələlik öz layiqli cəzalarına çatmayıblar...Amma belə cinayətlər cəzasız qala bilməz."
Unikal.org xəbər verir ki, bu sözləri millət vəkili Əli Məsimli bildirib. O hesab edib ki, XOCALI QƏTLİAMI heç vaxt yaddaşlardan silinməyəcək! Vaxt gələcək və onlar tarixin məhkəməsi qarşısında cavab verməli olacaqlar:
"Xocalı faciəsini soyqırım kimi tanıyan dünya xalqlarına, dövlətlərinə, beynəlxalq təşkilatlara haqq-ədaləti və həqiqəti müdafiə etdənlərə, Xocalıda törədilmiş terrorizm, etnik təmizləmə faktlarını pisləmək barədə müraciətlər,bəyanatlar qəbul edənlərə öz minnətdarlığımızı bildiririk! Bununla belə Qondarma "erməni soyqırımı kartını qardaş Türkiyəyə təzyiq vasitəsinə çevirən(bu həm də Azərbaycana qarşıdı) beynəlxalq dələduz qüvvələr, imperiya xisləti ilə yaşayanlar, ermənipərəst ölkələr, mifləri bir kənara qoyub, realda baş verən, minlərlə canlı şahidləri olan Xocalı soyqırımı ilə yaxından tanış olun...onda biləcəksiz ki, əsl soyqırım necə olur! Bu qətlamı törədən cinayətkarların və dinc əhalinin kütləvi qırğınına hər cəhdlə haqq qazandırmaq istəyənlərin beynəlxalq hüququn prinsiplərinə uyğun öz layiqli cəzalarını çatmalarına təsir etmirsinizsə, heç olmasa mane olmayın!!!"