Milli Məclisin növbəti iclası martın 6-da keçiriləcək.

Unikal.org-un xəbərinə görə, artıq iclasın gündəliyi də məlumdur.

Gündəliyə 24 məsələ daxil edilib.

Gündəlikdə Birləşmiş Millətlər Təşkilatının "Beynəlxalq müqavilələrdə elektron kommunikasiyaların istifadəsinə dair Konvensiyasına qoşulmaq haqqında, "İnsan hüquqları üzrə müvəkkil (ombudsman) haqqında Konstitusiya qanununda dəyişiklik edilməsi, Seçki Məcəlləsində dəyişiklik edilməsi, "Fövqəladə hallar orqanlarında xidmətkeçmə haqqında qanunda dəyişikliklər edilməsi, "Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamədə dəyişiklik edilməsi, "Dövlət qulluğu haqqında qanunda dəyişikliklər edilməsi, "Yaşayış minimumu haqqında qanunda dəyişikliklər edilməsi, "Konstitusiya Məhkəməsi haqqında qanunda dəyişiklik edilməsi, "Məhkəmələr və hakimlər haqqında qanunda dəyişiklik edilməsi barədə qanun layihələri var.

Bundan əlavə, "Yaşıllıqların mühafizəsi haqqında, "Sosial sığorta haqqında qanunda, "Prokurorluq orqanlarında qulluq keçmə haqqında qanunda, "Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunda, "Milli Məclis deputatının statusu haqqında qanunda, "Sosial müavinətlər haqqında, "Mənzil fondunun özəlləşdirilməsi haqqında qanunda, "Dövlət rüsumu haqqında qanunda, Ticarət Gəmiçiliyi, Şəhərsalma və Tikinti, Cinayət, İnzibati Xətalar Məcəllələrində dəyişikliklər edilməsi təklif edilir.


"Ələt azad iqtisadi zonası haqqında və "Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında qanun layihələri də iclasın gündəliyində yer alıb.