Xarici işlər naziri Elmar Məmmədyarov Cenevrəyə işgüzar səfərə yola düşüb.
XİN-in mətbuat xidmətindən unikal.org-a verilən məlumata görə, səfər çərçivəsində E. Məmmmədyarovun BMT-nin İnsan Hüquqları Şurasının (İHŞ) 37-ci sessiyasının yüksək səviyyəli seqmentində çıxışı, BMT-nin baş katibinin müavini, eyni zamanda BMT-nin Cenevrə bölməsinin Baş direktoru və digər rəsmi şəxslərlə görüşü nəzərdə tutulub.