Prezident İlham Əliyev Mingəçevir şəhərində abadlıq-quruculuq işlərinin davam etdirilməsi ilə bağlı sərəncam imzalayıb.

Unikal.org xəbər verir ki, dövlət başçısı Mingəçevir şəhərində 60 çoxmənzilli binanın dam örtüyünün dəyişdirilməsi və zəruri təmir işlərinin davam etdirilməsi üçün 3 milyon manat ayırıb. Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.