Rumıniyanın parlament nümayəndə heyəti gələn ay Azərbaycana səfər edəcək.

Bu barədə Unikal.org-a Rumıniyanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Səfər martın 13-dən 16-na kimi davam edəcək. Nümayəndə heyətinə Rumıniya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Viktor Paul Dobre rəhbərlik edəcək. Milli Məclisin dəvəti ilə baş tutacaq səfər zamanı nümayəndə heyəti İpək Yolu Konfransına qatılacaq. Qonaqlar Milli Məclisdə bir sıra görüşlər keçirəcəklər.